Millimiz qazaxları üstələdi
2017-05-19 12:38:00

Millimiz qazaxları üstələdi

19 yaşadək qızlardan ibarət millimiz Qazaxıstanın Şimkənd şəhərində təşkil olunmuş UEFA İnkişaf Turnirində ikinci oyununu keçirib. FutbolPlanet.Az xəbər verir ki, Qazaxıstanla qarşılaşan komandamız 3:2 hesabı ilə qələbə qazanıb. Yığmamızın heyətində qolları Rövşanə Sərdarlı, Nino Qurqenidze və Vüsalə Seyfətdinova vurub.

Axtarış

Qalareya