İslamiada: Millimiz finalda - YENİLƏNİR
2017-05-18 14:20:00

Bu gün IV İslam Həmrəyliyi Oyunlarında futbol yarışlarının yarımfinal oyunları keçirilir. FutbolPlanet.Az xəbər verir ki, U-23 millimiz finala vəsiqə uğrunda B qrupunda birinci yeri tutan Əlcəzair yığması ilə görüşüb və qalib gələrək, həlledici oyuna çıxıb. Digər yarımfinal matçında qrupumuzun lideri Kamerun yığması ilə B qrupunun ikincisi Oman üz-üzə gələcək.

18 may (cümə axşamı)

İslam Həmrəylik Oyunları

Futbol, yarımfinal

12:30. Əlcəzair – Azərbaycan - 0:2

"Dalğa Arena"

18:30. Kamerun – Oman

"Dalğa Arena"

Axtarış

Qalareya