"Fənərbaxça" iranlı qapıçıya "elçi düşüb"

"Fənərbaxça" heyətini gücləndirməyi düşünür. FutbolPlanet.Az xəbər verir ki, İstanbul klubu iranlı qapıçı Alireza Beirenvanda "elçi düşüb". 24 yaşlı qolkiperi ilk olaraq 1 illik icarəyə götürmək planlaşdırılır. Hazırda İran çempionatında "Persepolis" klubunda forma geyinən Alirezanın transferin çalışmalarının bitmək üzrə olduğu bildirilir.