I Divizion: Rüfət Məmmədov mükafatlandırıldı
2017-05-18 12:10:00

Peşəkar Futbol Liqası futbol üzrə Azərbaycan I Divizionunda aprel ayının ən gözəl qolunun müəllifi seçilmiş Rüfət Məmmədovu mükafatlandırıb. FutbolPlanet.Az xəbər verir ki, Peşəkar Futbol Liqasına dəvət olunan oyunçuya xüsusi hədiyyə və əvvəlcədən nəzərdə tutulduğu kimi 500 manat məbləğində pul mükafatı verilib. Mükafatları PFL-in baş direktoru Məlik Həsənov təqdim edib.

Axtarış

Qalareya