"Çelsi"nin müdafiəçisi Con Terri karyerasını bitirə bilər. FutbolPlanet.Az xəbər verir ki, təcrübəli oyunçu mövsümün sonunda başa çatacaq müqaviləsini uzatmayacaq. Əgər Terri başqa bir klubdan təklif almasa, karyerasını başa vuracaq.

1998-ci ildən "Çelsi"nin şərəfini qoruyan Terri, həftəsonu "Sanderlend"lə matçda sonuncu dəfə London klubunun formasını geyinəcək.