I Divizionun bombardiri – Oruc Balaşlı!

Futbol üzrə Azərbaycan I Divizionunda 2016/2017-ci illər mövsümünün bombardiri müəyyənləşib. FutbolPlanet.Az xəbər verir ki, mövsümün ən sərrast oyunçusu “Zaqatala” klubunun üzvü Oruc Balaşlı olub. Balaşlı mövsüm ərzində 27 qol vurmağa müvəffəq olub.