Futbol üzrə Azərbaycan I Divizionunda 2016/2017-ci illər mövsümünə yekun vurulub. FutbolPlanet.Az xəbər verir ki, dünən keçirilən son oyunların nəticələrinə əsasən, I Divizionda bütün mükafatçılar müəyyənləşib. “Turan Tovuz” yarışın qızıl medallarına sahib çıxdığı halda, “Səbail” gümüş mükafata yiyələnib. Bürünc medal uğrunda gedən gərgin mübarizədən isə “Ağsu” qalib ayrılıb.

“Şəmkir” 0-0 “Ağsu”

MOİK 6-1 “Göyəzən”

(Bilal Abbaszadə, 7, 37; Orxan Həsənov, 11 (p.); Emin Quliyev, 29; Cavidan Şükürov, 81; Qərib İbrahimov, 85 // Orxan İsmayılov, 51 (p.))

“Bakılı” 1-7 “Səbail”

(Elvin Hacızadə, 53 // Bayram Budaqov, 15; Saşa Yunisoğlu, 40; Ramazan Abbasov, 45 (p.); Orxan Səfiyaroğlu, 59, 71, 80; Orxan Qurbanlı, 69)

“Mil-Muğan” 8-1 “Energetik”

(Viqar Əlibabayev, 6; Raul Yaqubzadə, 16, 27, 66; Bayram Əliyev, 37, 46; Elxan Məmmədov, 40; Elsevər Bəkirzadə, 86 // Rural Məmmədzadə, 89 )

“Turan Tovuz” 2-1 “Qaradağ Lökbatan”

(Rəhman Musayev, 65 (p.), 70 // Rüfət Məmmədov, 78)