Bu gün futbol üzrə Azərbaycan kubokunda yarımfinal mərhələsinin cavab oyunları keçirilib. FutbolPlanet.Az xəbər verir ki, "Qəbələ" "Neftçi"ni, "Qarabağ" isə "İnter"i qəbul edib. Yekunda "Qarabağ" və "Neftçi" həlledici görüşə vəsiqə qazanıblar. Final qarşılaşması mayın 25-də baş tutacaq.

 

4 may (çərşənbə günü)

Azərbaycan Kuboku

Yarımfinal, cavab oyunları

 

16:00. "Qəbələ" – "Neftçi" 1:1 (Penaltilər seriyası - 3:4)

İlk oyun – 1:1

Qəbələ şəhər stadionu

 

19:00. "Qarabağ" – "İnter" 1:0

İlk oyun – 4:0

Əlincə Arena