Növbəti mövsümdən İngiltərə Premyer Liqasında oynamaq hüququ qazanan ilk komandanın adına aydınlıq gəlib. FutbolPlanet.Az xəbər verir ki, Çempionşipin 45-ci turunda QPR-ə 1:0 hesabı ilə qalib gələn "Bernli" klubu turnir cədvəlində birinci pilləni ələ keçirərək, liqanın bitməsinə 1 tur qalmış yüksək liqaya vəsiqəni özü üçün təmin edib.