"Qarabağ" ölkə kubokunun yarımfinal mərhələsi çərçivəsində "İnter"lə baş tutacaq qarşılaşmanı Masazır qəsəbəsindəki "Əlincə" stadionunda keçirəcək. FutbolPlanet.Az xəbər verir ki, Bakıda keçiriləcək 17 yaşlılardan ibarət Avropa çempionatıyla əlaqədar olaraq "Azərsun Arena"da oyun keçirə bilməyəcək Ağdam klubu final yolundakı sonuncu oyunu Masazırdakı arenada keçirəcək.

Sözügedən qarşılaşma sabah, saat 19:00-da keçiriləcək.