"Real"ın ulduz futbolçusu Kriştiano Ronaldonun zədəsi sağalmaq bilmir. FutbolPlanet.Az xəbər verir ki, portuqaliyalı hücumçu daha bir oyunu kənardan izləyəcək.

Belə ki, o, La Liqanın 36-cı turunda "Real Sosedad"la matçda olmayacaq. Müalicəsi davam edən təcrübəli oyunçunun Çempionlar Liqasının yarımfinalında "Mançester Siti"yə qarşı cavab oyununda iştirak edib-etməyəcəyinə isə oyun günündə aydınlıq gələcək.