İran çempionatında 28-ci turun oyunları baş tutub. FutbolPlanet.Az xəbər verir ki, Cənubi Azərbaycanın "Traktor Sazi" klubu bu tur "Malavan"ı qəbul edib.

Görüş Təbriz klubunun qələbəsi ilə yekunlaşıb - 4:2. Bu qalibiyyətdən sonra xallarının sayını 45-ə yüksəldən komandamız turnir cədvəlinin 4-cü pilləsində qərarlaşıb.