"Real"da zədə epidemiyası davam edir. FutbolPlanet.Az xəbər verir ki, bu dəfə Xese Rodriqes sıradan çıxıb. O, Çempionlar Liqasının yarımfinal mərhələsində "Mançester Siti"yə qarşı ilk matçda (0:0) ayağından xəsarət alıb. Tibbi müayinədən sonra məlum olub ki, Xese La Liqanın 36-cı turunda "Real Sosedad"a qarşı matçda forma geyinə bilməyəcək.

Buna qədər "Real"ın digər hücumçuları Kriştiano Ronaldo ilə Kərim Benzema sıradan çıxıblar.