FP Liqa: "Old Baku" çempion oldu!

Bu gün saytımızın həvəskar komandalar arasında təşkil etdiyi mini-futbol çempionatında final matçı keçirilib. FutbolPlanet.Az xəbər verir ki, həlledici oyunda "Kristal R&R" və "Old Baku" komandaları üz-üzə gəlib. Gərgin və maraqlı idman mübarizəsi şəraitində keçən matçın fasiləsinə "narıncılar" 2:1 hesablı üstünlüklə yollanıblar. İkinci yarıda da üstünlüyünü əldən verməyən İçərişəhərdə fəaliyyət göstərən Old Baku çay evinin komandası, yekunda 7:4 hesablı qalibiyyətlə çempionluğunu bayram edib. İkinci yeri "Kristal R&R", 3-cü yeri isə "Armada" komandası tutub. Turnirin müxtəlif nominasiyaları üzrə qalibləri də mükafatlandırılıb. Belə ki, çempionatın ilk qolunun müəllifi və 25 qolla bombardir olan "Armada"nın üzvü Rauf Abbasov sözügedən nominasiyalar üzrə mükafatlandırılıb. "Ən yaxşı qapıçı" nominasiyasında da "Armada"nın qapıçısı Mirpaşa Məmmədov fərqlənib. "Ən yaxşı oyunçu" adına "Old Baku"dan Elşən İbrahimxəlilov layiq görülüb. Çempionatın ən nümunəvi oyunçuları "Old Baku"nun qapıçısı Kamran Sayılov və "Kristal"dan Natiq Əlixanov olub. Çempionatın yeganə məşqçisi olan və komandasını finala qədər yüksəltməyi bacaran Ramil Vəliyev isə "Ən yaxşı məşqçi" mükafatına sahib çıxıb.

loading...